İlham Əliyev Aktaudakı təyyarə qəzasına görə Rusiyadan ölkəyə geri qayıtdı
Daxili siyasət
25.12.2024 12:57
Bu gün Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib.
TodayPress xəbər
verir ki, təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin
araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət
qurumlarına lazımı tapşırıqlar verib.
Baş vermiş təyyarə qəzası ilə əlaqədar məsələlər dövlət başçısının
nəzarəti altındadır
tag: Prezident, İlham Əliyev, Təyyarə qəzası, Rusiya, Azərbaycan, todaypress.az,