İlham Əliyev Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak etdi - YENİLƏNDİ
Daxili siyasət
19.09.2024 17:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak etdilər.
TodayPress xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd
rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin
Hüseynov dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, kəndin layihələndirilən ümumi ərazisi
300 hektara yaxındır. Baş plana əsasən, bu kənd ərazi vahidinə görə bir-birinə
yaxın olan Şişpapaqlar, Kosalar və Eyvazxanbəyli kəndləri ilə birlikdə layihələndirilib.
Eyvazxanbəyli kəndində 4038 nəfərin məskunlaşdırılması
planlaşdırılıb. Bu məqsədlə 1091 fərdi evin tikilməsi nəzərdə
tutulub.
Burada məskunlaşacaq əhalinin
sayı nəzərə alınaraq, yaşayış məhəllələrinin salınmasının birinci mərhələsi
üçün 88,3 hektar torpaq sahəsi ayrılıb. Birinci mərhələdə 1563 nəfərin köçürülməsi
üçün 427 fərdi evin inşası planlaşdırılır. İnşa ediləcək evlər iki, üç, dörd və
beş otaqlı olacaq.
Diqqətə çatdırıldı ki, kənddə
məktəb binası, uşaq bağçası, inzibati bina, bayraq meydanı, tibb məntəqəsi, digər
xidməti obyektlərin tikintisi və istirahət parkının salınması planlaşdırılıb.
Əhalinin məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər də görüləcək.
Prezident İlham Əliyev
Eyvazxanbəyli kəndinin təməlini qoydu.
***
12.03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma
mərasimində iştirak ediblər.
tag: Prezident, İlham Əliyev, Eyvazxanbəyli kəndi, Ağdam Rayonu ,Təməlqoyma Mərasimi, todaypress.az,