III MDB Oyunlarının Təşkilat Komitəsinin tərkində dəyişiklik edildi - SƏRƏNCAM

Daxili siyasət

29.01.2025 11:13

2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin tərkində dəyişiklik edilib. 

TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Təşkilat Komitəsinin tərkibi aşağıdakı kimidir: 

Təşkilat Komitəsinin sədri

Samir Şərifov – Azərbaycan Respublikası Baş nazirinin müavini  Təşkilat Komitəsi sədrinin müavini 

Azərbaycan Respublikasının gənclər və idman naziri 

Təşkilat Komitəsinin üzvləri: 

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini 

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini 

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini 

Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini 

Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini  Azərbaycan Respublikası səhiyyə nazirinin müavini 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini 

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorunun müavini 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini 

Heydər Əliyev Beynəlxalq Aeroportu direktorunun müavini 

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini 

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi baş direktorunun müavini  “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti 

“CBC Sport” televiziya kanalının baş direktoru 

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı 

Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini 

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini 

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini 

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini 

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini 

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini 

Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini 

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini 

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini 

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini 

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini 

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini 

Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini 

Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini. 

Qeyd edək ki, bundan öncə 2025-ci ildə Azərbaycanda keçiriləcək III MDB Oyunları üzrə Təşkilat Komitəsinin sədri gənclər və idman naziri olub.

tag: MDB,Təşkilat,Komitə,Sərəncam,Todaypress.az,