İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqləndi - Fərman

Daxili siyasət

10.02.2025 16:06

1062

Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsini təsdiqləyib. 

TodayPress xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni Fərman imzalayıb. 

Fərmana əsasən, bu il Fondun gəlirləri 2 milyard 571 milyon 690 min manat, əvvəlki illərdə istifadə olunmamış vəsaitləri 370 milyon manat, Fondun xərcləri isə 2 milyard 941 milyon 690 min manat olmaqla təsdiqlənib. 

2024-cü ildə müqayisədə Fondun büdcəsi 4,6 % artırılıb.

tag: İlham Əliyev ,Prezident ,Sərəncam,İcbari Tibbi Sığorta,Büdcə,Todaypress.az,