Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşdü
Daxili siyasət
24.01.2025 20:10
Azərbaycan müdafiə nazirinin müavini – Quru
Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Ankarada Türkiyə Silahlı
Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürakla görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Türkiyə
Silahlı Qüvvələri məlumat yayıb.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları
komandanı ordu generalı Selçuk Bayraktaroğlu da görüşdə iştirak edib.
Qeyd edək ki, Hikmət Mirzəyev Türkiyədə rəsmi səfərdədir.
Bundan öncə Azərbaycan nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələrinin Quru
Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.
tag: Türkiyə, Azərbaycan, Silahlı Qüvvələri, Hikmət Mirzəyev, todaypress.az,