Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşdı
Daxili siyasət
16.11.2024 23:53
Azərbaycan Respublikası Prezidentinin
köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin
müdiri Hikmət Hacıyev "X" səhifəsində Ermənistanın 30 illik işğal
dövründə Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb.
TodayPress xəbər verir ki, paylaşımda bu fikirlər yer
alıb:
"Son dövrlərdə Ermənistanın hərbi işğalından azad
edilmiş Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələri sıfır emissiya və
yaşıl enerji zonası elan edilib. 30 il davam edən hərbi işğal bölgənin ekosisteminə
ciddi ziyan vurub. Əgər Ermənistanın hərbi işğalı olmasaydı, Azərbaycan yaşıl
enerji sahəsində daha böyük nailiyyətlərə imza atardı" paylaşımda deyilir.
tag: Hikmət Hacıyev, XİN, Prezident, Ermənistan, Azərbaycan, todaypress.az,