Harutyunyan Bakıdakı məhkəmədə Paşinyanın yalanını ifşa etdi
Ermənistanın hərbi təcavüzü nəticəsində
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan hazırda
baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi
və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan
iddiaları yalan adlandırıb.
TodayPress xəbər verir ki, bunu o, Azərbaycan
xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən
erməniəsilli şəxslərin cinayəti işləri üzrə məhkəmə proseslərinin fevralın 6-da
keçirilən baxış iclasında deyib.
“Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq,
etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi
informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa
düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri (Paşinyan-red.) bəyan
edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan
istifadə edilməsi barədə fikirləri var.
Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə
narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair
qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı
Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə
telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni
qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də
müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda
iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir
təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində
davranıblar. Təşəkkür edirəm” A.Harutyunyan bildirib.
tag: Ermənistan, Azərbaycan, Araik, Təzyiq, Cinayət, todaypress.az,