Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq
Daxili siyasət
16.12.2024 18:45
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı – Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılacaq.
TodayPress xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, Məhkəmə-Hüquq Şurası hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məqsədilə 9 üzvdən ibarət aşağıdakı tərkibdə Hakimlərin Qiymətləndirilməsi Komitəsini formalaşdıracaq:
- Ali Məhkəmənin 3 hakimi;
- apellyasiya instansiyası məhkəmələrinin 3 hakimi;
- birinci instansiya məhkəmələrinin 3 hakimi.
Məhkəmə-Hüquq Şurasının və ya Hakimlərin Seçki Komitəsinin üzvü eyni zamanda Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvü ola bilməz.
Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinin səlahiyyət müddəti 5 ildir.
Hakimlərin Qiymətləndirilməsi Komitəsinin fəaliyyəti dövlət büdcəsindən Məhkəmə-Hüquq Şurasına ayrılmış vəsait hesabına Şura tərəfindən maliyyələşdirilir.
Məhkəmə-Hüquq Şurasının üzvləri üçün nəzərdə tutulmuş təminatlar Hakimlərin Qiymətləndirilməsi Komitəsinin üzvlərinə də şamil olunur.
tag: Məhkəmə,Hakim,Qanun,Sərəncam,Hüquq,Todaypress.az,