Hacıbəy Heydərli: “Rəsmi qurumlar sosial şəbəkələrlə aktiv işləməyi bacarmalıdır”
Daxili siyasət
11.10.2024 13:05
"Rəsmi qurumlar operativ olaraq medianın sorğularını cavablandırmalıdır ki, dezinformasiyalar daha geniş miqyasda yayılmasın".
TodayPress xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli bunu “Müasir mediada yeni trendlər:informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda bildirib.
"Hər kəs ilk aldığı məlumata inanır. Xüsusilə sosial şəbəkələrdə verilən məlumatlarla bağlı faktlar araşdırılmır. Bu səbəbdən zamanın tələbinə uyğun olaraq rəsmi qurumlar sosial şəbəkələrlə aktiv işləməyi bacarmalıdır" deyə o, əlavə edib.
Günəş Mərd
tag: Dezinformasiya,Xəbər,Sosial şəbəkə,Hacıbəy Heydərli,Rəsmi,Qurum,todaypress.az,