"Exit-poll"ar keçirilməyə davam etdirilir
Daxili siyasət
01.09.2024 16:30
Azərbaycanda növbədənkənar
parlament seçkiləri ilə bağlı "exit-poll" keçirən iki beynəlxalq, bir
yerli təşkilat seçki sorğu keçirir.
TodayPress xəbər verir
ki, təşkilatlar ölkənin müxtəlif yerlərindəki seçki məntəqələrində fəaliyyət
göstərir.
"Exit-poll"arı
Sosioloji Tədqiqatlar Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
"ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və
"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə “SWG S.P.A” Tədqiqatlar
Şirkəti (İtaliya) ilə birgə keçirir.
Qeyd edək ki, seçki məntəqələri
saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
tag: Exit-poll,Seçki,Mərkəzi Seçki Komissiyası ,Seçici, Say, todaypress.az,