Ermənistanın təmas xəttindən çox uzaqlarda mina yerləşdirdiyi açıqlandı
Ermənistanın Azərbaycan ərazilərinə
yerləşdirdiyi minalar günahsız insanlar üçün təhlükə yaratmaqda davam edir.
TodayPress xəbər verir ki, bu fikir Azərbaycanın
Xarici İşlər Nazirliyinin (XİN) “X”dəki hesabında Xocalı rayonunun Ulubaba
kəndi ərazisində mina partlayışı ilə paylaşımında yer alıb.
Qeyd edilir ki, Xocalı rayonunda minanın partlaması
nəticəsində daha bir mülki şəxs yaralanıb və 2020-ci il müharibəsi başa
çatdıqdan bu günə kimi qurbanların sayı 383 nəfərə çatıb.
Hadisə yeri Ermənistanın 2020-ci ildən bəri keçmiş təmas
xəttindən çox-çox uzaqlara mina yerləşdirməsinə bir daha sübutdur.
Böyük neqativ humanitar təsiri və davamlı minalarla
çirklənmənin sülh və barışıq səylərinə problem yaratdığını nəzərə alaraq,
Azərbaycan minalardan təmizləmə səylərində beynəlxalq ictimaiyyətin adekvat
siyasi və praktiki dəstəyinə ümid edir.
tag: Ermənistan, Azərbaycan, Mina, XİN, Ulubaba, Xocalı, todaypress.az,