Ermənistanın Azərbaycana qarşı gizli gündəmi mövcuddur: Rəsmi Bakı
Daxili siyasət
31.08.2024 21:48
Minsk Qrupu ilə bağlı Baş nazirin mövqeyinə
nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş
münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin
Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.
TodayPress xəbər verir ki, bu sözlər
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan
Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın 31 avqust tarixli mətbuat
konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində yer alıb.
Onun sözlərinə görə, Ermənistan sülh
prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və
təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə öz
əməlləri ilə və real addımlara hörmət etdiyini göstərməlidir.
tag: Nikol Paşinyan,Azərbaycan ,Minsk Qrup,XİN, todaypress.az,