Ən yüksək və aşağı seçici fəallığı olan dairələrin adları açıqlandı
Daxili siyasət
01.09.2024 11:30
İlkin məlumatlara əsasən,
ən yüksək seçici fəallığı 109 saylı Qazax seçki dairəsindədir.
TodayPress xəbər verir
ki, həmin seçki dairəsindən 17.7 faiz seçici (8646 nəfər) indiyədək səsvermə
hüququndan istifadə edib.
Seçici fəallığının ən
aşağı olduğu dairə isə 43 saylı Sumqayıt ikinci seçki dairəsidir.
Bu seçki dairəsində
seçici fəallığı 2.4 faiz (1169 nəfər) olub.
Qeyd edək ki, bu gün Azərbaycanda
növbədənkənar parlament seçkiləri keçirilir.
tag: Seçki, Parlament,Milli Məclis,Qanunvericilik, todaypress.az,