Əmlak Məsələləri Dövlət Xidmətinə yeni vəzifə verildi

Daxili siyasət

11.03.2025 16:39

2345

Prezident İlham Əliyev 12 may 2020-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”ndə dəyişiklik edib. 

TodayPress xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. 

Fərmana əsasən, Dövlət Xidmətinin vəzifələrinə "üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək" əlavə olunub. 

tag: Prezident, İlham Əliyev,Azərbaycan, Bakı,Fərman,Todaypress.az,