Əmircandakı İmam məscidində təmir-bərpa işləri aparılacaq - SƏRƏNCAM

Daxili siyasət

05.05.2025 12:33

24

Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək. 

TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Sərəncamla məsciddə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.

tag: Prezident,İlham Əliyev,Məscid,Təmir,Sərəncam,Todaypress.az,