Əmək və əhalinin sosial müdafiəsi naziri təyin edildi

Daxili siyasət

07.02.2025 15:46

2444

Anar Əliyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Digər Sərəncamla A.Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezidentin fevralın 6-da imzaladığı Sərəncamla maliyyə naziri vəzifəsinə təyin olunub.

tag: Anar Əliyev,ƏƏSMN,Prezident,İlham Əliyev,Sərəncam,todaypress.az,