Elnur Çıraqov STM-in İdarə Heyətinin üzvü təyin edildi

Daxili siyasət

15.05.2025 13:24

39

Elnur Çıraqov Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib. 

TodayPress xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 

Qeyd edək ki, E.Çıraqov 1987-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2006-2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində inzibati idarəetmə istiqamətində bakalavr təhsili alıb.

Daha sonra Türkiyədə Ankara Universitetinin Sosial Elmlər İnstitutunda magistratura, Türkiyə və Orta Şərq Dövlət İdarəçilik İnstitutunda isə doktorantura təhsilini başa vurub. 

2015-2019-cu illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışıb. 2019-cu ildən etibarən Sosial Tədqiqatlar Mərkəzində Sosial-iqtisadi təhlil departamentində aparıcı məsləhətçi, 2022-ci ilin fevral ayından baş məsləhətçi, 2022-ci ilin iyul ayından isə İctimai rəyin öyrənilməsi departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib. 

Müxtəlif analitik təhlillərin, elmi araşdırmaların və məqalələrin müəllifidir.

tag: Prezident,İlham Əliyev,Sərəncam,Elnur Çıraqov,Todaypress.az,