Əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirildi- FƏRMAN
Daxili siyasət
23.01.2025 21:15
Dövlət büdcəsindən ayrılmış vəsait hesabına
işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan
publik hüquqi şəxslərin siyahısı genişləndirilib.
TodayPress xəbər verir ki, bununla bağlı Prezident
İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən, siyahıya Kəlbəcər rayonunda Bərpa,
Tikinti və İdarəetmə Xidməti əlavə edilib.
tag: Fərman, İlham Əliyev, Prezident, Kəlbəcər,Bərpa, Tikinti, todaypress.az,