Əhməd İsmayılov: “Azərbaycan və Türkiyə media nümayəndələri arasındakı əlaqələr güclənəcək”

Daxili siyasət

19.02.2025 11:04

2573

“Azərbaycan və Türkiyə prezidentlərinin güclü siyasi iradəsi nəticəsində qardaşlıq münasibətləri daha da möhkəmlənib və bu, media sahəsinə də mühüm təsir göstərib”. 

TodayPress xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov fevralın 19-da Bakıda Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər" mövzusunda keçirilən dəyirmi masada deyib.

O qeyd edib ki, son beş ildə media subyektləri arasında bilik və təcrübə mübadiləsi genişlənib, birgə layihələr uğurla həyata keçirilib, informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq gücləndirilib: 

“Bu dövrdə Azərbaycan mediası beynəlxalq platformalarda aktiv iştirak edib. Şuşada keçirilən Beynəlxalq Media Forumu, eləcə də Türkiyədə baş tutan Strateji Kommunikasiya Sammitində iki ölkənin nümayəndələri sıx əməkdaşlıq edib. 2021-ci ildə Ankarada təşkil olunan “Hərbi jurnalistika” təlim proqramı da azərbaycanlı jurnalistlər üçün əhəmiyyətli təcrübə imkanı yaradıb. Media sahəsində əməkdaşlığın gələcək illərdə yeni layihələrlə daha da genişlənəcək”. 

Əhməd İsmayılov sonda qeyd edib ki, Azərbaycan və Türkiyə media nümayəndələri arasında qardaşlıq əlaqələrinin güclənməsi istiqamətində birgə işlərin davam etdiriləcək. 

Qiymət Mahir

tag: Əhməd İsmayılov,STM,Tədbir,Azərbaycan,Türkiyə,Todaypress.az,