Əfv Komissiyasının sonuncu iclası keçiriləcək
Bu gün - mayın 16-da Prezident yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.
TodayPress xəbər verir ki, bu, komissiyanın 2025-cü il üzrə sayca 7-ci toplantısı olacaq. İclasda əfvlə bağlı müraciətlərə baxılacaq.
Komissiya bu gün işini yekunlaşdıracaq və əfvi mümkün olan şəxslərin siyahısının hazırlanması başa çatacaq. Siyahı Prezident İlham Əliyevə təqdim olunacaq. Kimləri əfv etmək dövlət başçısının səlahiyyətində olan məsələdir.
Qeyd edək ki, Prezident yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclas aprelin 23-də baş tutub.
Bu günə qədər komissiya 700-dən çox müraciətə baxıb.
Xatırladaq ki, komissiyanın iclasları adətən, mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.
tag: Əfv Məsələləri Komissiyası,Əfv,Müraciət,İclas,Todaypress.az,