Əfv Komissiyasının iclasında hansı müraciətlərə baxılıb? – AÇIQLAMA

Daxili siyasət

12.02.2025 18:46

1991

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib.

Bu barədə TodayPress-ə Komissiyanın üzvü Əliməmməd Nuriyev məlumat verib.

O, bildirib ki, iclası Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev açıb. İlk gündə 100-dən çox müraciətə baxılıb.

“Əfv Məsələləri Komissiyasına müxtəlif kateqoriyalı cinayətlərlə məhkum olunmuş şəxslər, onların vəkilləri, yaxınları tərəfindən müraciətlər daxil olub. Müraciətlərə baxılıb və müvafiq rəylərin hazırlanması barədə qərarlar qəbul edilib. Rəylər sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunacaq” deyə o əlavə edib.  

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün növbəti iclası fevralın ikinci yarısında keçiriləcək.

Qiymət Mahir

tag: Azərbaycan,Əfv Məsələləri Komissiyası,Əliməmməd Nuriyev ,İclas,todaypress.az,

photo