Ədliyyə Nazirliyinin səlahiyyəti azaldıldı
Daxili siyasət
07.09.2024 16:01
“Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsas-namə”də dəyişiklik edilib.
TodayPress xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.
Dəyişikliyə əsasən, Ədliyyə Nazirliyi siyasi partiyaların fəaliyyətinin onların nizamnamələrinə (əsasnamələrinə) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək səlahiyyətini itirir.
Bununla belə, Əsasnaməyə edilən əlavəyə görə, nazirliyə “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsi verilir.
tag: Prezident, İlham Əliyev, Fərman, Azərbaycan, Ədliyyə Nazirliyi, todaypress.az,