Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqləndi
Daxili siyasət
04.06.2024 17:46
Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu təsdiqlənib.
TodayPress xəbər verir ki, bu Prezident İlham Əliyevin iyunun 4-dı imzaladığı “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmana dəyişiklik etməsi ilə mümkün olub.
Beləliklə, Ədliyyə Nazirliyinin Aparatının yeni strukturu belə olacaq:
Strateji planlaşdırma və monitorinq baş idarəsi;
Qanunvericilik baş idarəsi;
Notariat, qeydiyyat və reyestr baş idarəsi;
İcra xidməti (baş idarə səlahiyyətli);
Probasiya xidməti (baş idarə səlahiyyətli);
Beynəlxalq əməkdaşlıq baş idarəsi;
Bələdiyyələrlə iş baş idarəsi;
Cəzaların icrasına nəzarət baş idarəsi;
İstintaq idarəsi;
İnsan resursları idarəsi;
Sənəd dövriyyəsi və vətəndaşların müraciətləri ilə iş idarəsi;
Ədliyyə sahəsində rəqəmsallaşma və innovasiyalar idarəsi;
Maliyyə və təminat idarəsi;
Mətbuat xidməti (idarə səlahiyyətli).
tag: Ədliyyə Nazirliyi, Prezident, İlham Əliyev, Qanunvericilik, todaypress.az,