Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirildi- FƏRMAN
Daxili siyasət
23.01.2025 20:19
“Dövlət sirrinə aid edilən məlumatların
Siyahısı”nda dəyişiklik edilib.
TodayPress xəbər verir ki, bununla bağlı Prezident İlham
Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, silah, hərbi texnika və digər hərbi
məhsulların istehsal həcmi və buraxılışının istehsal gücü ilə yanaşı, onların
göndərilməsi də dövlət sirrinə aid edilən məlumatlar kimi qeyd olunub.
Bundan əlavə, müəssisələr (istehsalçı) tərəfindən silah,
hərbi texnika və digər hərbi məhsulların işlənib hazırlanması, istehsalı ilə
bərabər, ixracı, satışı, habelə onların istehsalının, ixracının, satışının
təşkili barədə, eləcə də həmin müəssisələrin (istehsalçının) qeyd olunanlarla
bağlı kooperasiya üzrə əlaqələri və onların maliyyə hesabatları haqqında
məlumatlar da dövlət sirrinə aid edilir.
tag: Prezident, İlham Əliyev, Silah, Dövlət Sirri,Fərman, todaypress.az,