DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında Qrant Müqaviləsi təsdiq edildi

Daxili siyasət

19.12.2024 18:25

“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiq edilib.

TodayPress  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, iyunun 29-da Brüssel şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında Gömrük Əməkdaşlıq Fonduna dair Qrant Müqaviləsi” təsdiq edilib.

Dövlət Gömrük Komitəsinə Qrant Müqaviləsinin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Qrant Müqaviləsinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Gömrük Təşkilatına bildiriş göndərmək tapşırılıb.

tag: Prezident, İlham Əliyev ,Fərman, Gömrük, todaypress.az,