Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə telefon danışığı apardı
Daxili siyasət
02.12.2024 20:05
Dekabrın
2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və
Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri Maka Botçorişvili arasında
telefon danışığı baş tutub.
XİN-dən TodayPress-ə verilən məlumata görə, nazir Ceyhun
Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində xarici işlər naziri təyin
edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində
uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında
dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə
bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri
müzakirə ediblər. Ölkələrimiz arasında ali və yüksək səviyyədə mövcud siyasi
dialoqun, baş tutan intensiv səfərlərin, siyasi məsləhətləşmələr
mexanizmininstrateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsinə
töhfə verdiyi vurğulanıb.
Nazirlər həmçinin regional
məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri
ətrafında fikir mübadiləsi aparıblar.
tag: Gürcüstan, XİN, Ceyhun Bayramov, Azərbaycan, todaypress.az,