Birinci xanım parataekvondoçu Sabir Zeynalovu təbrik etdi

Daxili siyasət

30.08.2024 03:04

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan parataekvondoçusu Sabir Zeynalovun “Paris-2024” Yay Paralimpiya Oyunlarında medal qazanması ilə bağlı paylaşım edib.

TodayPress paylaşımı təqdim edir:

“Parataekvondoçu Sabir Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında Azərbaycana ilk medalı qazandırdı! Bürünc mükafatçını səmimi-qəlbdən təbrik edir, milli yığmamızın bütün üzvlərinə güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!”

tag: Mehriban Əliyeva,Sabir Zeynalov,Paris-2024, Bürünc Medal,Azərbaycan,