Birinci xanım Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Perinatal Mərkəzində oldu
Martın 6-da Gəncəyə səfər çərçivəsində
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva,
qızları Leyla Əliyeva və Arzu Əliyeva Gəncə Şəhər Birləşmiş Xəstəxanasının
Perinatal Mərkəzində olublar.
TodayPress bildirir ki, Gəncə şəhər Birləşmiş
Xəstəxanasının direktoru İlkin İsmayılov Gəncə və ətraf regionlardan olan
vətəndaşlara xidmət göstərən Perinatal Mərkəz barədə məlumat verdi.
Qeyd olundu ki, Perinatal Mərkəz ana olmağa hazırlaşan
qadınlara, o cümlədən dünyaya yeni göz açan körpələrə yüksəkixtisaslı
diaqnostik, konsultativ və müalicə yardımı göstərən tibb müəssisəsidir.
Tibb müəssisəsindəki şəraitlə tanışlıq zamanı Perinatal
Mərkəzə Heydər Əliyev Fondu tərəfindən küvəzlər və ultrasəs müayinə aparatı
hədiyyə olundu.
Yeni doğulmuş körpələri ziyarət zamanı analara Fondun
hədiyyələri də təqdim edildi.
Qeyd edək ki, Heydər Əliyev Fondunun fəaliyyətində
prioritet istiqamətlərdən biri də səhiyyə sahəsidir. Fondun “Diabetli uşaqlara
ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən
qurulması və inşası” kimi layihələr, bir çox xeyriyyə aksiyaları səhiyyə
sahəsinə mühüm dəstəkdir. Paytaxt Bakı ilə yanaşı, bölgələrdə də müasir səhiyyə
ocaqları inşa edilir, ən son texnologiyalı tibbi avadanlıqla təchiz olunur.
tag: Gəncə, Mehriban Əliyeva, Vitse-Prezident,Arzu Əliyeva, Xəstəxana, todaypress.az,