Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində oldu
Daxili siyasət
31.10.2024 21:57
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və
ailə üzvləri oktyabrın 31-də Talassemiya Mərkəzində olublar.
TodayPress xəbər
verir ki, səhiyyə naziri Teymur Musayev Birinci vitse-prezidentə və ailə
üzvlərinə Mərkəzdə yaradılan şərait barədə məlumat verdi.
Mehriban
Əliyeva tibb müəssisəsindəki transplantologiya şöbəsində, yeni açılan
reanimasiya şöbəsində və böyüklər üçün stasionar şöbədə olub, burada müalicə
alan uşaqlarla, tibb işçiləri ilə söhbət edib, müalicə prosesinin gedişi ilə
maraqlanıb.
Birinci
vitse-prezidentə məlumat verildi ki, Talassemiya Mərkəzi bu xəstəliyə düçar
olanların müalicəsində mühüm rol oynamaqla yanaşı, həm də xəstələrə və onların
ailələrinə mənəvi baxımdan böyük dəstəkdir.
Mehriban
Əliyeva Heydər Əliyev Fondunun Mərkəzin fəaliyyətinə və ümumiyyətlə, səhiyyəyə
daim önəm verdiyini bildirib.
Qeyd edək ki,
tibb müəssisəsində görülən işlər, aparılan islahatlar, burada müalicə alan
xəstələrin səhhəti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu
tərəfindən daim diqqət mərkəzində saxlanılır. Fondun “Talassemiyasız həyat
naminə” proqramı çərçivəsində inşa edilən Talassemiya Mərkəzində xəstələrə
göstərilən tibbi xidmətin təkmilləşdirilməsi, Mərkəzin maddi-texniki bazasının
gücləndirilməsi üçün görülən tədbirlər talassemiya xəstəliyinin
profilaktikasında əhəmiyyətli rol oynayır.
Xatırladaq ki,
2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi Azərbaycanda ixtisaslaşdırılmış
tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən
uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor
xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısının
alınması istiqamətində əhalinin maarifləndirilməsinə və talassemiya ilə
mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə xidmət
edir.
tag: Vitse-Prezident, Mehriban ƏLiyeva,Talassemiya, Xəstəlik ,todaypress.az,