Birinci vitse-prezident Gəncədəki 40 saylı körpələr evi-uşaq bağçasında oldu
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı
Arzu Əliyeva Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında olublar.
TodayPress bildirir ki, Birinci vitse-prezidentə bağçanın
mövcud vəziyyəti ilə bağlı məlumat verildi.
Qeyd edildi ki, bu məktəbəqədər təhsil müəssisəsi 1967-ci
ildə inşa olunub. 120 yerlik uşaq bağçasında faktiki 70 uşağın təlim-tərbiyəsi
aparılır. Hazırda bina yararsız vəziyyətdədir.
Birinci vitse-prezident Mehriban Əliyeva bağçada
məktəbəqədər təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili
məqsədi ilə müvafiq tapşırıqlar verdi.
Respublikamızda yeni uşaq tərbiyə müəssisələrinin inşası,
eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması
üzrə həyata keçirilən dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu
sahəni daim diqqətdə saxlayır. Fond 2014-cü ildən etibarən “Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı” proqramını həyata keçirərək, uşaqların
təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişməsinə öz töhfəsini verir.
tag: Mehriban Əliyeva,Vitse-Prezident,Arzu Əliyeva, Gəncə, Körpələr Evi, todaypress.az,