Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq

Daxili siyasət

17.04.2025 12:54

18

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq. 

TodayPress xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. 

İtkin-şəhidlərin hər üçü hərbçidir. Onlardan biri Hüseynov Mübariz Sabəddin oğlu, digərləri isə Mirzəliyev Ələsgər Fərzalı oğlu və Münasib Mehdiyev Namaz oğludur. 

M.Hüseynov sabah Bakı şəhəri, Suraxanı rayonu Dədə Qorqud qəsəbəsi Şəhidlər xiyabanında, Ə.Mirzəliyev Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi “Lələtəpə” qəbiristanlığında, M.Mehdiyev isə Samux rayonu Qovlarsarı kənd qəbiristanlığında  dəfn olunacaq. 

tag: Əsir,İtkin,Komissiya,Şəhid,Todaypress.az,

photo