Bələdiyyə seçkilərinin yekunlarının açıqlanma tarixi bəlli oldu

Daxili siyasət

27.11.2024 18:43

Bələdiyyə seçkilərinin yekunları 2025-ci il fevralın 26-dək elan ediləcək.

TodayPress xəbər verir ki, bu, "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nında öz əksini tapıb.

Plana əsasən, dairə seçki komissiyaları tərəfindən səsvermənin yekunlarına dair protokolların Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi səsvermə günündən sonra ən geci 2 gün müddətində başa çatdırılmalıdır.

Seçkilərin yekunlarının yoxlanılması və təsdiqi səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində - fevralın 18-dək başa çatdırılacaq.

Plana görə, seçkilərin yekunlarının elan edilməsi isə seçki günündən başlayaraq ən geci 25 gün müddətində - yəni fevralın 26-dək başa çatdırılacaq.

tag: MSK,Bələdiyyə,Seçki,Qanun,Yoxlanış,todaypress.az,