Bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlandı
Daxili siyasət
27.11.2024 16:29
Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.
TodayPress-in xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verilib.
Bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.
Səsvermə günü - yanvarın 29-da seçicilərin səsvermədə iştirakı barədə məlumatlar gündə 5 dəfə veriləcək.
Bunu isə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O, bildirib ki, seçkilərin yekunlarının yoxlanması gələn il fevralın 18-dək, seçkilərin yekunlarının elanı isə fevralın 23-dək başa çatacaq.
tag: Azərbaycan, MSK, Bələdiyyə, Tarix, todaypress.az,