Bələdiyyə seçkilərini izləyəcək müşahidəçilərin sayı açıqlandı
Daxili siyasət
21.12.2024 16:15
Yanvarın 29-da keçiriləcək Bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək müvafiq dairə seçki komissiyalarına 15 min 886 nəfər müraciət edib.
TodayPress xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclası zamanı sədr Məzahir Pənahov açıqlayıb.
O, qeyd edib ki, həmin iddiaçılardan 6 min 889 nəfəri imza vərəqələrini götürüb.
Ümumi bələdiyyələr üzrə 755 nəfərin namizədliyi qeydə alınıb, lakin onlardan biri vəfat etdiyi üçün 754 nəfər qalıb.
Onun sözlərinə görə, seçkiləri 1095 nəfər müşahidəçi izləyəcək.
"Onların 131-i Mərkəzi Seçki Komissiyasına müraciət əsasında, 964 nəfər isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib" deyə o, bildirib.
Qeyd edək ki, növbəti Bələdiyyə seçkiləri 2025-ci il, yanvarın 29-da keçiriləcək.
tag: MSK, Məzahir Pənahov, Namizəd, İmza,todaypress.az,