Bələdiyyə seçkilərində "exit poll" keçirilməyəcək
Daxili siyasət
10.01.2025 15:06
Bələdiyyə seçkilərində "exit poll"un keçirilməyəcəyi müəyyənləşib.
TodayPress xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.
Qeyd edilib ki, "exit poll" keçirmək istəyən təşkilatların akkreditasiyası ilə bağlı ayrılan vaxt müddəti "Təqvim planı"na əsasən, yanvarın 9-da başa çatıb. Bu müddət ərzində hansısa təşkilatın müraciəti qeydə alınmayıb.
Xatırladaq ki, Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin olunub. (report.az)
tag: Bələdiyyə ,Seçki,Exit-poll,MSK,Təqvim planı,todaypress.az,