Bakıda 10 yeni metro stansiyası inşa ediləcək
Daxili siyasət
07.01.2025 23:19
Biz son vaxtlar bir neçə
metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim
göstərişimlə 10 yeni metro stansiyası inşa ediləcək.
TodayPress xəbər verir ki, bunları Prezident
İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı, eyni zamanda, qeyd edib ki, bununla
bərabər, Bakı şəhərində yeni yol infrastruktur layihələrini icra etmək üçün
artıq ilk 7-8 layihə seçilib, beynəlxalq mütəxəssislər cəlb edilib.
Bakı şəhərinin avtobus parkının elektrobuslarla
əvəzlənməsi prosesinin də başladığını vurğulayan Prezident bildirib: “Biz artıq
150-dən çox yeni elektrobus gətirmişik və eyni zamanda, bu il Azərbaycanda
yerli elektrobus istehsalı da başlanacaq”.
tag: Metro, Tikinti, İlham Əliyev,Prezident, Stansiya, todaypress.az,