“Azərenerji”nin Prezidentinə şiddətli töhmət verildi

Daxili siyasət

05.10.2024 14:45

“Azərenerji” ASC-nin Prezidenti Balababa Rzayevə şiddətli töhmət verilib.

TodayPress xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadə istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə, “Azərenerji” ASC-nin Prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

tag: Sərəncam ,Azərişıq ,Açıq Səhmdar Cəmiyyətinin prezidenti ,Balababa Rzayev ,Əli Əsədov ,Töhmət, todaypress.az,