Azərbaycanlı deputatlar NATO nümayəndəsi ilə mina problemini müzakirə etdi
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Brüsselə
səfər çərçivəsində NATO-nun Kütləvi Qırğın Silahlarına Nəzarət Departamentinin
direktoru Eyrini Lemos-Maniati ilə danışıqlar aparıb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın NATO
yanındakı nümayəndəliyi məlumat yayıb.
Tərəflər “Sülh naminə tərəfdaşlıq” proqramı
çərçivəsində əməkdaşlığı müzakirə edib, həmçinin Azərbaycanın işğaldan azad
edilmiş ərazilərində minalarla çirklənmə probleminə toxunublar.
Görüş iştirakçıları Azərbaycan ilə NATO arasında
humanitar minatəmizləmə sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir
mübadiləsi aparıblar.
tag: NATO, Milli Məclis, Azərbaycan, Sülh, Deputat, todaypress.az,