Azərbaycanla Yunanıstan arasında ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olundu
Daxili siyasət
24.09.2024 21:19
Azərbaycan xarici işlər naziri Ceyhun
Bayramov ABŞ-da BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində
yunanıstanlı həmkarı George Gerapetritislə görüşüb.
TodayPress xəbər verir ki, bu barədə Azərbaycan
Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.
Görüş zamanı ikitərəfli və regional əməkdaşlıq məsələləri
müzakirə olunub, birgə iqtisadi və enerji təşəbbüsləri ətrafında fikir
mübadiləsi aparılıb.
tag: XİN, Ceyhun Bayramov, ABŞ, BMT,todaypress.az,