Azərbaycanla Ermənistan növbəti görüşün tarixi və yerini müəyyən etmək barədə razılığa gəldi

Daxili siyasət

14.02.2025 18:08

1766

Azərbaycanla Ermənistan növbəti görüşün tarixi və yerini müəyyən etmək barədə razılığa gəlib.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.

Qeyd olunub ki, bu gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.

Görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

tag: Azərbaycan,Ermənistan,Dövlət Komissiyası,Katiblik,todaypress.az,