Azərbaycanın Oman və Tailanddakı səfirləri fəaliyyətə başladı

Daxili siyasət

17.09.2024 20:56

Bu il Azərbaycanın Oman və Tailanda səfirləri təyin edilib və onlar artıq fəaliyyətə başlayıblar.

TodayPress xəbər verir ki, bunu “Report”a müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O, qeyd edib ki, Azərbaycanın xarici ölkələrdəki missiyalarının gücləndirilməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzində olub:

"Bununla yanaşı, Azərbaycan üçün əhəmiyyət daşıyan ölkələrdə diplomatik təmsilçiliklərinin sayının artırılması da əsas prioritetlərdən olub. 2023-cü ildə yeni diplomatik missiyaların açılması işi davam etdirilib. Azərbaycanın Slovakiyada (Bratislava şəhərində) səfirliyi təsis edilib. 29 mart 2023-cü il tarixində ölkəmizin İsraildə (Tel-Əviv şəhərində) səfirliyinin açılış mərasimi keçirilib. Bununla yanaşı, Azərbaycanın Fələstin Dövlətinin Ramallah şəhərində Təmsilçilik Ofisi fəaliyyətə başlayıb".

XİN sözçüsü bildirib ki, Azərbaycanın xaricdə diplomatik missiyalarının ümumi sayı 91-ə çatıb.

tag: Azərbaycan, XİN, Ayxan Hacızadə, Oman, Tailand,todaypress.az,