Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alındı
Daxili siyasət
27.07.2024 15:03
Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
TodayPress xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 27-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1255 nəfər namizəd olmaq üçün müraciət edib. Onlardan 1141 nəfərinin namizədliyi təsdiqlənib, 1092 nəfərinə imza vərəqələri verilib.
M.Pənahov bildirib ki, deputatlığa namizədliyi irəli sürülən 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
O, əlavə edib ki, indiyə qədər 2794 müşahidəçi qeydə alınıb. Onların 1867-ii öz təşəbbüsü ilə irəli sürülüb, 569-u iki QHT tərəfindən irəli sürülüb, 126-ı isə seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün YAP tərəfindən irəli sürülən xüsusi icazə alınan müşahidəçilərdir.
ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun isə 11 beynəlxalq müşahidəçisi qeydə alınıb.
tag: Namizəd, Seçki,Parlament,ATƏT, QHT, todaypress.az,