Azərbaycanda 4 700 üztanıma kamerası istismar olunur

Daxili siyasət

14.03.2025 11:20

2617

Respublika üzrə 4 700 üztanıma kamerası mövcuddur.

TodayPress xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında hökumətin müzakirəyə çıxarılan hesabata əsasən, onlardan 4 200-ü Bakı şəhəri üzrə istismar olunur: “Videomüşahidə vasitələrinin tətbiqi ilə 24 min 100, o cümlədən 22 min 300 yol-nəqliyyat hadisəsi, 203 ictimai asayişin pozulması faktı, 1400 yanğın və digər hadisə müəyyən edilib.

Axtarışda olan 141, digər nəqliyyat vasitəsinə verilmiş qeydiyyat nişanı ilə idarə edilən 21 avtomobil müəyyənləşdirilib”.

tag: Nazirlər Kabineti,İş,Qərar,Hesabat,Todaypress.az,