Azərbaycan XİN Fransanın Ermənistandakı səfirinə cavab verdi
Daxili siyasət
31.10.2024 20:54
Elementar diplomatik etiket qaydalarına
əməl etməyi bacarmayan Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin
Ermənistan-Fransa münasibətlərindən daha çox Azərbaycan əleyhinə qarayaxma
kampaniyasına köklənməsi ilk növbədə Fransa xarici siyasətinin uğursuzluğunun
nəticəsidir.
TodayPress xəbər verir ki, bu fikirlər Xarici
İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Ermənistandakı
səfiri Olivye Dekotinyinin Ermənistanın “Hetq” media qurumuna müsahibəsində
Azərbaycan əleyhinə səsləndirdiyi əsassız iddialar barədə yerli medianın
sualına cavabında əksini tapıb.
"Müsahibədə Azərbaycan ərazisində işğala və
separatçılığa son qoyan tədbirlərin hədəf alınması, Beynəlxalq Ədalət
Məhkəməsinin qərarlarına yanlış istinadlar, Ermənistanın “yarımçıq sülh”
fikirlərini dəstəkləyən açıqlamalar və bir sıra digər absurd yanaşmalar ilk
növbədə Fransa tərəfinin reallıqları necə təhrif etdiyini, bölgədə dayanıqlı və
həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirir.
Fransanın bölgədə eskalasiyanı davam etdirməyə yönələn
davranışları və təxribatları bu ölkənin həm münaqişə, həm də postmünaqişə
dövründə güddüyü niyyətin və apardığı siyasətin əsl mahiyyətini sübut
edib" XİN-dən bildirilib.
tag: XİN, Səfir, Ayxan Hacıyev, Ermənistan, Fransa, todaypress.az,