Azərbaycan və Türkiyə miqrasiya sahəsində əməkdaşlıq memorandumu imzaladı

Daxili siyasət

06.06.2024 23:45

Azərbaycan və Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb.

TodayPress xəbər verir ki, bu barədə Türkiyənin Miqrasiya İdarəsi qurumun sosial media hesabında məlumat paylaşıb.

Bildirilib ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və onun türkiyəli həmkarı Atilla Torosun imzaladığı sənəd ilə “bilik və təcrübə paylaşması yolu ilə miqrasiya sahəsində qətiyyətli addımlar atılması təmin ediləcək”.

tag: Miqrasiya Xidməti, Türkiyə, Memorandum, Sosial şəbəkə, todaypress.az,