Azərbaycan və Rusiya Xəzər dənizi ilə bağlı işçi qrupu yaratdı
Daxili siyasət
03.10.2024 21:32
Azərbaycan və Rusiya Xəzər dənizinin
dayazlaşdırılması problemi ilə bağlı tədqiqatların aparılması üçün müvafiq
nazirlik və idarələrin, elmi-tədqiqat institutlarının nümayəndələrindən ibarət
işçi qrup yaradıblar.
TodayPress bu barədə Rusiya hökumətinə istinadən xəbər
verir.
“Birgə iş formatında mütəxəssislər Xəzər dənizinin
səviyyəsində dəyişikliklərin səbəblərinin araşdırılması, qısa və uzunmüddətli
proqnozlar, monitorinqlərləri özündə əks etdirən tədbirlər planı
hazırlayacaqlar. Su səviyyəsinin dəyişməsi, birgə elmi araşdırmalar, həmçinin
sahilyanı ərazilərə mənfi təsirin azaldılmasına yönəlmiş digər addımlar
atılacaq” məlumatda qeyd olunur.
Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin
müavini Rauf Hacıyevlə rusiyalı həmkarı Sergey Anoprienko işçi qrupun
həmsədrləri təyin ediliblər.
Rusiya hökumətinin məlumatına görə, 2024-cü il avqustun
19-da Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında
Xəzər dənizinin dayazlaşdırılması ilə qrup yaradılması barədə qərar qəbul
olunub.
2024-cü il sentyabrın 17-də Rusiyavə Azərbaycan arasında
iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri, Baş nazirin
müavinləri Şahin Mustafayev və Aleksey Overçuk Xəzər dənizinin dayazlaşması ilə
bağlı problemləri, gələcək ssenarilərin işlənib hazırlanması variantlarını
nəzərdən keçiriblər, səviyyə dəyişiklikləri və işçi qrupun yaradılması barədə
razılığa gəliblər.
tag: Xəzər, Dəniz, Rusiya, Azərbaycan, todaypress.az,