Azərbaycan və Mülki Aviasiya Təşkilatı arasında Memorandum təsdiq ediləcək

Daxili siyasət

12.05.2025 13:38

29

Milli Məclisdə Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu müzakirə olunacaq. 

TodayPress xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-ü keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.

tag: Milli Məclis,Plenar İclas,Yaz Sessiyası,Layihə,Todaypress.az,