Azərbaycan Prezidenti: Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır
Daxili siyasət
07.01.2025 22:35
Amerikada da Soros dövrü başa çatıb. Bayden
administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu.
TodayPress xəbər verir ki, bu barədə Prezident
İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır.
“Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd
diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə
düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik.
Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane
olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət
göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə
qədər tez başa düşsələr, o qədər də yaxşıdır” Prezident əlavə edib.
tag: Prezident, İlham Əliyev, ABŞ,Müsahibə, Tv, Əsəd,Soros, todaypess.az,