Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu
Daxili siyasət
28.08.2024 21:04
Ermənistan silahlı qüvvələri Naxçıvan
istiqamətində Azərbaycan ordusunun mövqeləri yenidən atəşə tutub.
TodayPress xəbər verir ki, Ermənistan silahlı
qüvvələrinin bölmələri avqustun 28-i saat 18:30-da Paşalı rayonunun Sultanbəy
yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi
istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Qeyd olunan istiqamətdə Azərbaycan ordusunun bölmələri
tərəfindən adekvat cavab tədbirləri görülüb.
tag: Atəşkəs, Ermənistan, Azərbaycan,Naxçıvan,todaypress.az,