Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu
Azərbaycan Ordusunun mövqeləri atəşə
tutulub.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən
məlumat verilib.
Bildirilib ki, martın 18-i saat 16:40-dan 18:30-dək
Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Almalı və
Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən
mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə
atəşə tutub.
tag: Ordu, Müdafiə Nazirliyi, Atəş, Ermənistan, Azərbaycan, todaypress.az,